Renatı əsas heyətdən çıxartdılar
Türkiyənin "Ankaragücü" klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov, komandanın əsas heyətindən kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, klub bu qərarı versə də, səbəbləri hələ açıqlanmayıb.
Türkiyə mətbuatının məlumatlarına görə, Azərbaycan millisinin hücumçusu, “Ankaragücü”nün "Tandoğan" adlı bazasında məşqçilərdən birinin rəhbərliyi altında komandanın əsas məşqlərindən ayrı şəkildə çalışır.
Qeyd: Dadaşovun “Ankaragücü” ilə müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir.
© Copyright 2026, All Rights Reserved