Okan Burukdan Super Liqada daha bir uğur
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada 300-cü oyununa çıxaraq Türkiyə futbol tarixində öz yerini alıb.
90plus.az xəbər verir ki, 51 yaşlı Okan Buruk 300 qarşılaşmada əldə etdiyi 160 qələbə ilə Super Liqa tarixində ən çox qalib gələn üçüncü baş məşqçi olub.
Qeyd: Super Liqanın 33-cü turunda "Qalatasaray" səfərdə "Eyüpspor"u 5:1 hesabı ilə məğlub edərək çempionluq yolundakı 5 xallıq üstünlüyünü qoruyub. Komandanın bu uğuru Okan Burukun rəhbərliyində qazandığı ardıcıl nailiyyətlərin davamı olub.
© Copyright 2026, All Rights Reserved