Okandan Acuna cavab: "İstəyirsə, yadplanetli olsun"
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Fənərbağça"nın vitse-prezidenti Acun İlıcalıya cavab verib.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqası turdan-tura maraqlı tutaşmalara ev sahibliyi edir. Cədvələ fikir versək, "Qalatasaray" və "Fənərbağça" arasında 6 xal var, ancaq onlar digər komandalarla aranı açıblar. Bu səbəbdən, çempionluq bu iki komandadan birinə qismət olacaq.
Elə buna görə də gələn tur baş tutacaq "Qalatasaray" - "Fənərbağça" matçı bütün Türkiyənin maraqla gözlədiyi qarşılaşmaya çevrilib. Oyundan öncə açıqlamalar gəlməyə başlayıb.
Əvvəlcə "Fənərbağça"nın vitse-prezidenti Acun İlıcalı açıqlamasında xarici hakim təyin olunmasını istədiyini bildirmişdi. Ancaq qarşı tərəfdən heç bir cavab almadığını qeyd etmişdi.
Dünən baş tutan "Rizespor" - "Qalatasaray" matçının ardından Okan Buruk bu məsələyə aydınlıq gətirib:
"Mənim üçün fərq eləmir, hakimin pasportu nə rəng olur olsun. Lap istəyirlərsə, başqa planetdən gəlsin".
Qeyd: "Qalatasaray" - "Fənərbağça" matçı 24 fevralda baş tutacaq.
Müəllif: Cahid Süleymanov
© Copyright 2026, All Rights Reserved