Osimhen "Al Hilal"ın 5-ci təklifini rədd etdi – Avropada qalmaq istəyir
Nigeriyalı ulduz hücumçu Viktor Osimhen Səudiyyə Ərəbistanının "Al Hilal" klubunun verdiyi beşinci təklifi də rəsmən rədd edib.
90plus.az xəbər verir ki, ən yaxın dostu Buçi Lapanın sözünə inansaq, Osimhen nə qədər yüksək maaş təklif olunsa da, bu keçidə “yox” deyib. Futbolçunun əsas prioriteti Avropada qalmaqdır. İtaliyanın top klublarından biri ona ciddi maraq göstərir. Bununla yanaşı, digər Avropa nəhəngləri də Osimhen üçün dövrəyə girməyə hazırdır.
Qərarında qəti olan nigeriyalı forvard yeni mövsüm üçün tələsik qərar vermək niyyətində deyil. O, gələcəyini seçməzdən əvvəl bütün variantları dəyərləndirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved