Osimhen İngiltərəyə gedir, "Qalatasaray" əvəzinə hücumçu tapdı
Viktor Osimhen "Man Yunayted" ilə danışıqları bərpa etdi
90plus.az xəbər verir ki, hazırda tərəflər mayda müzakirə etdikləri şərtlər üzərində yenidən danışırlar. Nigeriyalı hücumçunun illik maaşı 12 milyon avro, "Napoli"nin transferdən qazanacağı məbləğ isə 75 milyon avro təşkil edə bilər. 26 yaşlı futbolçunun "Al Hilal"a keçməyəcəyi dəqiqləşib.
Qeyd: "Qalatasaray" Osimhenin əvəzinə "Lill"dən Conatan Deyvidi transfer etmək istəyir.
© Copyright 2026, All Rights Reserved