Özildən dəhşətli sözlər: "O klubda oyunlar dönür"
Bir dövr “Fənərbağça”da da forma geyinən Məsut Özil sarı-göylər və İsmayıl Qartal ilə bağlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, “Vav TV”də yayımlanan bir proqramda iştirak edən Özil “Fənərbağça”da heyətdən kənarlaşdırıldıqdan sonra haqqında çox şey yazıldığını bildirib.
Özil deyib: "Məni hörmətsizlik etməkdə, təhqir etməkdə günahlandırdılar, amma həqiqəti desək, haqsızlığa məruz qalan mən idim. İndiyə qədər susdum, bəzi şeyləri indi də açıqlamayacağam, çünki böyük mübahisələr yaranar. Ya sağ cinahda, ya da sol cinahda oynayırdım. Hətta qol vurduğum və ya assist etdiyim matçdan sonra belə oynadılmadığım hallar olub."
‘Çox böyük oyunlar gedir’
İsmayıl Qartal haqqında səs-küylü açıqlamalar verən Özil bildirib: "Mənim haqqımda danışıb, özlərini günahsız kimi göstərənlər var. Məni əsəbiləşdirməsinlər. “Fənərbağça”da çox böyük oyunlar döndü. Açıq danışıram, İsmayıl Qartal ilə də görüşəcəyik."
© Copyright 2026, All Rights Reserved