Patrik Şik Türkiyəyə qarşı oynamayacaq
Avro-2024-ün Gürcüstanla son oyunda (1:1) zədələnən çexiyalı ulduz Patrik Şik Türkiyə ilə matçda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, Gürcüstan matçında zədələnən və 68-ci dəqiqədə oyunu tərk edən Patrik Şikin baldırından zədə aldığı üçün çərşənbə günü Türkiyə ilə matçda oynaya bilməyəcəyi bildirilib.
Qeyd: Çexiya millisinin bombardiri Patrik Şik Avropa çempionatı tarixində 7 oyunda 6-cı qolunu vurub və çempionat tarixində bombardirdir.
Türkiyə ilə Çexiya arasında qrupun son oyunu iyunun 26-sı oynanılacaq.
Mənbə: Denik Sport
© Copyright 2026, All Rights Reserved