“Qalatasaray - Fənərbağça”: Hakim dəqiqləşdi
Təxminlər doğru çıxdı. İstanbul derbisini sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi açıqlandı.
90plus.az xəbər verir ki, fevralın 24-ü Türkiyə Super Liqasının 24-cü turunda lider "Qalatasaray" və 2-ci yerdə gedən "Fənərbağça" qarşılaşmasını Vinçiç idarə edəcək.
Bu qərarla razılaşmayan “Qalatasaray” tərəfinin verəcəyi növbəti açıqlamalar gözlənilir.
Bu mövsüm Çempionlar Liqasında Slavko Vinçiçin idarə etdiyi matçlar:
10.10.2024 Arsenal - PSJ
23.10.2024 Barselona - Bayern Münhen
5.11.2024 Real Madrid - Milan
10.12.2024 Leverkuzen - İnter
21.01.2025 Monako - Aston Villa
29.01.2025 Lil - Feyenoord
19.02.2025 PSV - Yuventus.
© Copyright 2026, All Rights Reserved