"Qalatasaray" fərqi yenidən 6 xala çıxartdı
"Qalatasaray" səfərdə "Qaziantep"i məğlub etdi.
90plus.az xəbər verir ki, Türkiyə çempionatının cari turunda "Qalatasaray" səfərdə "Qaziantep"lə qarşılaşıb. "Fənərbağça"nın aradakı fərqi 3-ə endirdiyi həftədə qonaqlar üçün 3 xal hava-su kimi vacib idi. Bu həvəslə də oyuna başlayan "Qalatasaray" klubu 5-ci dəqiqədə hesabı açdı. Uşaqlıq komandasına transfer olunan Ahmed Kutucu İstanbul klubunu önə çıxardı və görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatdı:
Qaziantep 0-1 Qalatasaray
Ahmed Kutucu 5'
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/97333
Qeyd: Bu nəticədən sonra "Qalatasaray" yenidən fərqi 6 xala qaldırdı. Hal-hazırda "Cim-Bom"un 57 xalı var.
© Copyright 2026, All Rights Reserved