"Qalatasaray" Hakan üçün 30 milyon təklif etdi
Transfer dönəminə Leroy Sane ilə möhtəşəm bir başlanğıc edən “Qalatasaray”da ulduz futbolçularla bağlı iddiaların ardı-arası kəsilmir.
90plus.az xəbər verir ki, sarı-qırmızılıların bu dəfəki hədəfi İtaliya nəhəngi “İnter”in heyətində çıxış edən Hakan Çalhanoğludur.
“Sabah” qəzetində yer alan xəbərə görə, “İnter”də baş məşqçi dəyişikliyindən sonra Hakan Çalhanoğlunun klubdakı gələcəyi sual altına düşüb. Komandanın sükanı arxasına keçən Kristian Çivu heyətdə gəncləşdirmə siyasətinə üstünlük verəcək və bu çərçivədə 31 yaşlı Hakanla yolların ayrılması ehtimal olunur.
Mənbənin iddiasına əsasən, “Qalatasaray” prezidenti Dursun Özbək vəziyyəti yaxından izləyir və ulduz futbolçu ilə artıq birbaşa görüş də baş tutub. Bu görüşdə tərəflər ilkin şərtləri müzakirə edib.
Əgər transfer reallaşarsa, bu, “Qalatasaray”ın heyətinə böyük güc qatacaq və klubun Çempionlar Liqasındakı iddiasını daha da artıracaq.
© Copyright 2026, All Rights Reserved