"Qalatasaray" ingilislərdən Sara üçün 40 milyon istədi
Türkiyənin "Qalatasaray" komandası Qabriel Saranın transferi üçün "Mançester Siti" klubundan 40 milyon avro tələb edir.
90plus.az xəbər verir ki, "Qalatasaray" rəhbərliyi braziliyalı oyunçunun satışından əldə ediləcək gəlirlə Viktor Osimhenin transferini daimi şəkildə həyata keçirmək niyyətindədir.
"Mançester Siti" isə 25 yaşlı futbolçuya ciddi maraq göstərdiyindən bu transfer şərtlərini qəbul etməyə hazırdır.
Xatırlatma: Qabriel Sara "Qalatasaray"da 41 matçda meydana çıxıb, iki qol vurub və səkkiz qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved