"Qalatasaray" "Milan"ın hücumçusu ilə maraqlanır
"Qalatasaray"ın "Milan"ın hücumçusu Alvaro Moratanı transfer etmək istədiyi bildirilir.
90plus.az xəbər verir ki, İstanbul klubunun danışıqlarda irəliləyiş əldə etdiyi qeyd olunur. Həm futbolçu, həm də klub transferin baş tutmasını istəyir. Yaxın zamanda daha çox təfərrüatın məlum olacağı gözlənilir.
Qeyd: Alvaro Morata 2024-cü ilin yayında "Atletiko"dan "Milan"a keçib. O, bu müddətdə İtaliya klubunun heyətində 25 oyuna çıxıb, 6 qol vurub və 2 asist edib. 32 yaşlı hücumçunun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved