“Qalatasaray” Neymar üçün “döyüşəcək”
"Qalatasaray" yay transfer pəncərəsində Neymarı transfer etmək üçün hər şeyi edəcək.
90plus.az xəbər verir ki, klub artıq Neymara komanda liderliyini verəcəyi layihəni təqdim edib.
Mövsümün sonunda Osimheni itirməyi planlaşdıran sarı-qırmızılıların onu Neymarla əvəzləməyi düşünülür.
Digər tərəfdən Beyaz TV-də “Qalatasaray” rəhbərliyi “Neymar bizim gündəmimizdə deyil” açıqlaması da yer alıb.
Qeyd: Braziliyalı ulduzun "Barselona"ya qayıtmaq arzusunun alınmama ehtimalının yüksək olması "Qalatasaray" ehtimalını gündəmə daşıyıb.
📰: Elnacional
© Copyright 2026, All Rights Reserved