"Qalatasaray" qışda aldığını yayda göndərir
"Qalatasaray" yay transfer dönəmində böyük ümidlərlə heyətinə qatdığı Karlos Kuesta ilə yollarını ayırmağa hazırlaşır.
90plus.az xəbər verir ki, kolumbiyalı müdafiəçinin göstəricilərindən məmnun qalmayan "sarı-qırmızılı" klub həm onun oyun səviyyəsindən, həm də legioner limitində yer boşaltmaq məqsədilə yayda onunla vidalaşmağı nəzərdə tutur.
Qış fasiləsində Belçikanın "Genk" komandasından 8 milyon avroya transfer olunan 26 yaşlı futbolçu Super Liqada sadəcə 7 matçda iştirak edib. Xüsusilə "Kasımpaşa" ilə oyundakı zəif çıxışı həm azarkeşlərin, həm də klub rəhbərliyinin nəzərindən yayınmayıb. Hazırda Kuesta əlavə məşqlərlə əvvəlki formasını bərpa etməyə çalışsa da, klub rəhbərliyi onun gələcəkdə komandaya töhfə verəcəyini düşünmür.
"Qalatasaray" yay aylarında həm xərcləri azaltmaq, həm də daha uyğun bir müdafiəçi transfer etmək üçün Kuestanı komandadan göndərməyi planlaşdırır.
Kolumbiyalı futbolçunun hansı komandaya keçəcəyi və ya icarəyə verilib-verilməyəcəyi isə hələ dəqiqləşməyib.
© Copyright 2026, All Rights Reserved