"Qalatasaray" Saneyə öz təklifini etdi
Türkiyənin "Qalatasaray" komandası Almaniyalı forvard Leroy Saneyə illik 7 milyon avro maaş verməyi planlaşdırır.
90plus.az xəbər verir ki, "sarı-qırmızılar" ulduz oyunçunu heyətinə qatmaq üçün "Bayern Münhen" klubu ilə danışıqları davam etdirir.
"Qalatasaray" bazar dəyəri 38 milyon avro olan Sane üçün "Bayern"ə 20 milyon avro ödəməyi nəzərdə tutur.
Qeyd: Leroy Sane bu mövsüm 42 matçda iştirak edərək 12 qol vurub və beş assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved