“Qalatasaray" Taliska transferini pozmaq istədi”
"Fənərbağça"nın prezidenti Ali Koç klubun əzəli rəqibi "Qalatasaray" haqqında diqqətçəkən iddia irəli sürüb.
90plus.az xəbər verir ki, Koç "Qalatasaray" rəhbərliyinin braziliyalı futbolçu Anderson Taliska transferinə mane olmağa çalışdığını söyləyib:
"Skrinyarın transferindən sonra "Qalatasaray" Taliska transferini pozmaq üçün əlavə 2 milyon avro təklif etdi".
Qeyd: "Fənərbağça" Taliskanı 12 milyon avroya 1.5 illik heyətinə qatıb. Braziliyalı artıq 2 oyuna çıxıb, 1 qol da vurub.
Həmçinin bax: https://www.instagram.com/p/DFaobDSo08R/?igsh=em94a3pncW1zcGx0
© Copyright 2026, All Rights Reserved