"Qalatasaray" Yunus Akgünün "nazı ilə oynayır"
Türkiyənin "Qalatasaray" komandası Yunus Akgünün maaşını 2,7 milyon avroya qaldırmaq niyyətindədir.
90plus.az xəbər verir ki, "Nyukasl Yunayted", "Aston Villa" və "Benfika" klublarının maraq dairəsində olan futbolçunun bu təklifi qəbul edib-etməyəcəyi hələlik dəqiqləşməyib.
Yunus Akgünü heyətinə qatmaq istəyən Avropa komandaları "Qalatasaray"a ən azı 12 milyon avro ödəməlidirlər.
Qeyd: Futbolçu cari mövsümdə çıxış etdiyi 40 qarşılaşmada 12 qol vurub və 10 məhsuldar ötürmə ilə seçilib.
© Copyright 2026, All Rights Reserved