"Qalatasaray" "Zenit"in futbolçusuna "elçi düşdü"
"Qalatasaray" yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyir.
90plus.az xəbər verir ki, Türkiyə çempionu "Zenit"in yarımmüdafiəçisi Vilmar Barriosla yaxından maraqlanır.
31 yaşlı futbolçu Türkiyəyə transfer olunmağa müsbət baxır. Kolumbiya millisinin üzvü yekun qərarını yayda verəcək.
"Deportes Tolima" və "Boka Xuniors" klublarında çıxış etmiş Barrios 2019-cu ildən Sankt-Peterburq təmsilçisinin heyətindədir.
O, "Zenit"lə 2027-ci il iyunun 30-dək müqaviləyə malikdir. Futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved