"Qalatasaray"da bir dövr başa çatdı – Fernando Muslera göz yaşları ilə vida etdi
Türkiyə Super Liqasının son turunda "Başakşəhir"i evində qəbul edən "Qalatasaray"da simvolik bir ayrılıq yaşanıb. Komandanın uzun illərdir formasını geyinən qapıçısı Fernando Muslera klubla vidalaşıb.
Son dəfə meydana çıxdı
90plus.az xəbər verir ki, "Qalatasaray" bu mövsüm ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğunu artıq 36-cı turda "Kayserispor" üzərindəki qələbə ilə təmin etmişdi. Komanda mövsümə "Başakşəhir"lə keçirilən qarşılaşma ilə yekun vurdu. Bu matç eyni zamanda 38 yaşlı uruqvaylı qapıçı Fernando Musleranın sarı-qırmızılı forma ilə son oyunu olub.
Tərəfdarların sevgi nümayişi
Muslera meydandan çıxarkən "Qalatasaray" azarkeşləri tərəfindən alqışlarla qarşılandı. Tərəfdarlar onu “Böyük kapitan” və “Bu azarkeş səninlə fəxr edir” şüarları ilə səsləndirdi. Qapı arxasında isə onun üçün ispanca “Sen her zaman bizim efsanemiz olacaksın” – “Sən həmişə bizim əfsanəmiz olacaqsan” yazılmış pankart açılıb.
Göz yaşlarını saxlaya bilmədi
İsinmə hərəkətləri zamanı göstərilən böyük maraq və sevgi qarşısında təcrübəli qapıçı göz yaşlarını saxlaya bilməyib.
VİDEO: https://t.me/doxsanplus/103499
551 oyun – əfsanəvi statistikalar
"Qalatasaray"da 14 mövsüm keçirən Muslera sarı-qırmızılı forma ilə ümumilikdə 551 rəsmi oyunda iştirak edib. O, klubla 8 dəfə Super Liqa, 5 dəfə Türkiyə Kuboku və 6 dəfə Türkiyə Superkubokunun qalibi olub. Karyerasında bir çox rekordlara imza atıb.
Əfsanəyə simvolik vida
Muslera qarşılaşmadan çıxarkən ilk forma nömrəsi olan 25 nömrəli geyimi ilə vidalaşdı. Komanda yoldaşları onunla tək-tək vidalaşaraq meydanı tərk etməsinə böyük hörmətlə yanaşdılar.
© Copyright 2026, All Rights Reserved