"Qalatasaray"da Musleranı o əvəz edəcək
"Qalatasaray"ın gələcək mövsüm üçün ilk transfer hədəfi məlum olub.
90plus.az xəbər verir ki, Musleranın son mövsümündə olması səbəbindən, "Cim-Bom" əsasən qapıçı transferi ilə maraqlanır və "Lion"un qolkiperi Lukas Perriyə diqqət yetirir. Bu barədə "Sabah" qəzeti xəbər verib.
İstanbul təmsilçisi Perrinin oyununu mövsümün sonuna qədər izləyəcək və uyğun olarsa, yay transfer dövründə danışıqlara başlamağı düşünür. Lukas Perrinin həmçinin "Nyukasl"ın da diqqət mərkəzində olduğu bildirilir.
Qeyd: 27 yaşlı Lukasın "Lion"la 3.5 illik müqaviləsi var və 2024/25 mövsümündə 29 matçda 34 qol buraxıb, həmçinin 10 oyunda qapısını toxunulmaz saxlayıb.
© Copyright 2026, All Rights Reserved