“Qalatasaray”da Osimhen ümidi tükəndi – Hədəfdə yeni Viktor
“Qalatasaray”da Viktor Osimhenin transferinin reallaşmaması ehtimalı artır. “Sarı-qırmızılılar” B planını işə salaraq “Bayer Leverkuzen”in hücumçusu Viktor Bonifeysə rəsmi təklif göndərib.
90plus.az xəbər verir ki, Osimhenin yaxın dostu olan Bonifeys bu təklifə müsbət yanaşır və “Qalatasaray”a keçməyə isti baxır. Osimhenin “Al-Hilal” klubu ilə razılığa gələcəyi gözlənilir. Bununla bağlı yekun qərar yaxın günlərdə açıqlana bilər.
Viktor Bonifeys bu mövsüm “Bayer Leverkuzen”də yaxşı çıxış etsə də, noyabr ayında yaşadığı bud əzələsi zədəsi səbəbilə uzun müddət meydanlardan uzaq qalıb. Sağaldıqdan sonra isə komandanın start heyətində sabit yer tuta bilməyib.
Nigeriyalı forvard bu mövsüm bütün turnirlər üzrə 27 oyunda iştirak edib, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved