"Qalatasaray"dan İkardi ilə bağlı qərar
Argentina millisinin hücumçusu Mauro İkardinin “Qalatasaray”dakı taleyi artıq müəyyənləşib.
90plus.az xəbər verir ki, “Qalatasaray” klubu İkardi ilə yollarını ayırmağı planlaşdırmır.
Əksinə, klubun futbolçuya iki illik yeni müqavilə təklif etməyi nəzərdən keçirdiyi qeyd olunub.
Rəhbərlik danışıqlar tamamlandıqdan sonra rəsmi açıqlama verəcəyini bildirib.
Qeyd: Mauro İkardi UEFA Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə oyunda zədələndiyi üçün uzun müddət meydanlardan uzaq qalıb. Onun iyun ayında sağalacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved