"Qalatasaray"dan İkardiylə bağlı qərar: Siyahıya alınmadı
"Qalatasaray" argentinalı hücumçusu Mauro İkardini Superliqada iştirak ərizəsinə daxil etməmək qərarına gəlib.
90plus.az xəbər verir ki, İstanbul klubu "Lans"dan 29 yaşlı yarımmüdafiəçi Pşemislav Frankovskini heyətinə qatmağa hazırlaşır. Polşalı futbolçunun bu gün İstanbula gələcəyi gözlənilir.
"Qalatasaray" Superliqada əcnəbi futbolçu limiti ilə bağlı problem yaşamamaq üçün İkardini sifariş ərizəsinə salmayıb. Komandadan başqa bir oyunçunun ayrılması gözlənilmədiyi üçün bu qərar qəbul edilib.
Beləliklə, Mauro İkardi əcnəbi limitinə görə Türkiyə Liqasında oynamayacaq. Argentinalı futbolçu yalnız UEFA Avropa Liqasının heyətində yer alacaq.
Qeyd: Mauro İkardi ötən il Avropa Liqasının "Tottenhem"lə keçirilən qarşılaşmasında ağır zədə almışdı və onun yaşıl meydanlara nə zaman qayıdacağı hələ də dəqiq bilinmir.
© Copyright 2026, All Rights Reserved