"Qalatasaray"dan Rahim Sterlinq sürprizi
90plus.az xəbər verir ki, “Sarı-qırmızılılar”ın 30 yaşlı ulduz futbolçu ilə ilk əlaqəsi müsbət nəticələnib.
Klub rəhbərliyi bu mövsüm “Arsenal”da icarə əsasında çıxış edən, müqavilə ilə isə “Çelsi”yə məxsus olan Sterlinq üçün ilkin marağını bildirib.
Texnikası və sürəti ilə seçilən futbolçunun “Çelsi” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. İki klub arasında aparılan ilk danışıqlarda tərəflər arasında müsbət siqnallar qeydə alınıb.
Bu mövsüm ümumilikdə 28 oyunda iştirak edən İngiltərə millisinin üzvü 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved