Çempionluq mərasiminə kölgə salan an – Efe Akman fitə basıldı!
Türkiyə Super Liqasının çempionu olan “Qalatasaray” İstanbulun Yenikapı meydanında möhtəşəm bir çempionluq mərasimi keçirdi. Sarı-qırmızıların sevinci ilə dolu gecədə gözlənilməz anlar da yaşandı.
90plus.az xəbər verir ki, beşinci ulduzunu sinəsinə taxan “Qalatasaray” Super Liqa kubokuna rəsmi olaraq bu tədbirdə qovuşdu. Lakin mərasimin ən çox danışılan məqamı gənc futbolçu Efe Akmanın səhnəyə çağırıldığı an oldu.
Tədbir zamanı bəzi azarkeşlər Efe Akmanı səhnəyə dəvət edildikdə fitə basaraq ona etiraz etdilər. Gənc oyunçuya göstərilən bu münasibət sosial mediada da geniş müzakirələrə səbəb olub.
Bununla yanaşı, Efe Akmana dəstək verən digər “Qalatasaray” azarkeşləri ona alqış və şüarlarla dəstək nümayiş etdirdilər.
Mərasimdə bir çox tanınmış simalar və komandanın oyunçuları iştirak edərək çempionluğu qeyd etdilər. Klub rəhbərliyi isə komandanın bu uğurunun qarşıdakı mövsümdə daha da böyük hədəflərə yol açacağını vurğulayıb.
VİDEO: https://t.me/doxsanplus/103338
© Copyright 2026, All Rights Reserved