"Qalatasaray"ın futbolçusu "Man Siti"nin marağında
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara komandanı tərk edə bilər.
90plus.az xəbər verir ki, futbolçunun yenidən İngiltərəyə qayıtma ehtimalı mövcuddur. "Mançester Siti" onun xidmətlərinə maraq göstərir.
"Şəhərlilər" onunla yayda müqavilə imzalamağı planlaşdırır. Danışıqların başlandığı bildirilir.
Qeyd: "Qalatasaray" Sara'yı "Norviç Siti"dən transfer edib.
© Copyright 2026, All Rights Reserved