"Qalatasaray"ın gözardısı ZƏDƏLƏNDİ
"Qalatasaray"ın transfer gündəmində olan adlardan biri Emerson Royal UEFA Çempionlar Liqasının ilk 11-də başladığı matçda zədə aldı.
90plus.az xəbər verir ki, "Milan"ın Çempionlar Liqasındakı "Jirona" ilə oynadığı matçda ilk 11-də meydana çıxan Emerson Royal 5-ci dəqiqədə zədələndi və oyundan çıxdı.
"Milan"da Emerson Royal yerinə Davide Kalabria oyuna daxil oldu.
Bundan başqa, İtaliya mətbuatında yayılan bir çox xəbərdə, oyunçunun menecerinin İtaliyada olduğu və transferi ilə bağlı danışıqlar apardığı bildirilib.
Emerson Royal ilə "Qalatasaray"dan başqa, bəzi İngiltərə Premyer Liqası komandalarının da maraqlandığı məlumdur.
© Copyright 2026, All Rights Reserved