"Qalatasaray"ın sabiq futbolçusunun yeni adresi bilindi
"Qalatasaray"dan ayrılan Hakim Ziyeşin yeni klubu bəlli olub.
90plus.az xəbər verir ki, mərakeşli futbolçu karyerasını Qətərin "Əl-Duhail" klubunda davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı vingerin İstanbul klubundan ayrılmasına baş məşqçi Okan Buruk ilə münasibətlərinin pozulmasının səbəb olduğu bildirilir. Qətər təmsilçisi onun transferi üçün 5 milyon avro ödəyib.
Qeyd: Hakim Ziyeş bu mövsüm "Qalatasaray" forması ilə 11 matçda iştirak edib və 1 qol ötürməsi verib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi" klublarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved