"Qalatasaray"ın yeni oyunçusuna Alman klubundan vida
“Bayern Münhen”dən ayrılan Leroy Sane “Qalatasaray”a keçir.
90plus.az xəbər verir ki, “Bayern Münhen”lə müqaviləsi başa çatan alman ulduz Leroy Sane yeni mövsümdə “Qalatasaray” formasını geyinməyə hazırlaşır. 29 yaşlı futbolçunun klubla olan macerası 30 iyun tarixi ilə rəsmi olaraq başa çatıb.
Leroy Sane 2020-ci ilin yay transfer dönəmində “Mançester Siti”dən 49 milyon avroya “Bayern Münhen"ə transfer olunmuşdu. Onun klubla olan müqaviləsi 2025-ci ilin iyun ayında başa çatsa da, qarşılıqlı razılıqla ayrılaraq “Qalatasaray”a keçməyə qərar verib.
“Bayern Münhen” rəsmi sosial media hesabında paylaşdığı vida mesajında bu sözlərə yer verib:
“Bayern” formasında keçirdiyin beş il üçün təşəkkür edirik. Gələcək karyeranda uğurlar arzulayırıq.”
Ardınca isə klub “Təşəkkürlər, Leroy” ifadəsi ilə daha bir paylaşım edib.
Leroy Sane də komanda yoldaşlarına və klub rəhbərliyinə vida nitqi ilə müraciət edərək “Bayern”ə təşəkkürünü bildirib.
© Copyright 2026, All Rights Reserved