"Qalatasaray"ın yeni transferinin qazancı bu qədərdir
"Qalatasaray" Pzemislav Frankovskini icarə əsasında transfer edib.
90plus.az xəbər verir ki, Türkiyənin nəhəng klubu "Qalatasaray" polşalı futbolçu Pzemislav Frankovskinin transferini rəsmiləşdirib.
Yeni transfer bu video ilə açıqlandı: https://t.me/doxsanplus/97713
29 yaşlı polşalı futbolçu mövsümün geridə qalan hissəsində 900.000 avro qazanacaq. Əgər satınalma bəndi aktivləşsə, futbolçu 1.7 milyon avro maaş alacaq.
İcarə müqaviləsinə əsasən, əgər klub futbolçunu daimi transfer etmək qərarına gəlsə, onunla 3,5 illik yeni müqavilə imzalanacaq. Bu müddət ərzində polşalı oyunçuya illik 1,7 milyon avro maaş ödəniləcək.
Qeyd: Frankovski Türkiyə Super Liqasında "Qalatasaray"ın oyun planında önəmli rol oynayacaq futbolçulardan biri kimi dəyərləndirilir.
Həmçinin oxu:
https://90plus.az/qalatasarayda-daha-bir-transfer-rsmilsdi/xeber/
© Copyright 2026, All Rights Reserved