"Real"ın kapitanı: "Arda Güler klubun tarixində iz qoyacaq..."
"Real Madrid"in kapitanı Federiko Valverde Arda Gülerin komandadakı vəziyyəti haqqında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, o, Ardanın istedadlı futbolçu olduğunu və klubun gələcəyi üçün önəmli bir oyunçuya çevrilə biləcəyini vurğulayıb. Valverde, jurnalistin “Arda ilə yaxın dost olduğunuzu bilirik. Son həftələrdə onun oyun müddəti azalıb. Komandadakı əhval-ruhiyyəsi necədir?” sualına “Mükəmməl” cavabını verib.
Kapitan əlavə edib: “Arda öz bacarığını göstərmək üçün "Real Madrid"də böyük perspektivə malikdir. O, komandamızın 25 üzvündən biridir və Madrid klubunda iz qoyacaq keyfiyyətlərə sahibdir. Ardanın hazırkı çətinlikləri buraya yeni gələn hər futbolçunun qarşılaşdığı vəziyyətdir. O, oynamağa tam hazırdır” - deyə fikrini tamamlayıb.
© Copyright 2026, All Rights Reserved