Sabiq "Qarabağ"lı Renatın yanına gedir
4 transferlə yoluna davam edən "Ankaragücü" 27 yaşlı qanalı futbolçu Kvabena Ovusunu heyətinə qatmaq üçün ona təklif göndərib.
90plus.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşlər müsbət nəticələnib.
ƏVVƏLLƏR DƏ OYNAMIŞDI
Qanalı futbolçu Ovusu 2021-2022 mövsümündə "Ankaragücü" formasını geyinmişdi. Həmin mövsümdə "Qarabağ" klubundan icarə əsasında komandaya qoşulan Ovusu 21-i liqa, 2-si kubok olmaqla ümumilikdə 23 oyunda çıxış edib. Bu oyunlarda 10 qol və 4 asistlə komandaya böyük töhfə vermiş və komandanın çempionluğunda mühüm rol oynamışdı.
"Ankaragücü"ndən yenidən "Qarabağ"a qayıdan Ovusu 2022-2023 mövsümündə bu komandada 44 rəsmi matçda iştirak edib, 12 qol və 1 asistlə yadda qalıb.
2023-2024 mövsümündə isə Macarıstanın "Ferentsvaroş" klubuna transfer olub. Yeni komandasında 18 oyunda 4 qol və 1 asistlik töhfə verib. Ovusu həmin mövsümdə 2 Çempionlar Liqası və 1 Konfrans Liqası oyununda iştirak edib.
2024-2025 mövsümünə də "Ferentsvaroş" komandası ilə başlayıb. Lakin bu mövsüm cəmi 2 oyunda forma geyinib.
4 TRANSFER REALLAŞDI
Qış transfer dövründə heyətini indiyə qədər Ərtən Ersu, Halil İbrahim Pehlivan, Mixal Rakoçi və Dalçio Qomeş ilə gücləndirən "MKE Ankaragücü" komandası heyətini daha da gücləndirməyə davam edəcək.
© Copyright 2026, All Rights Reserved