Sanedən sonra Bernardo bombası - Futbolçudan CAVAB
Yay transfer dönəminə sürətli start verən “Qalatasaray” Almaniya nəhəngi “Bayern Münhen”dən Leroy Saneni heyətinə qataraq gündəmə damğasını vurmuşdu.
90plus.az xəbər verir ki, sarı-qırmızılılar bu transferlə kifayətlənmir və növbəti möhtəşəm keçid üçün hərəkətə keçib.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, “Qalatasaray”ın yeni hədəfi İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən portuqaliyalı ulduz Bernardo Silvadır. Məlumata əsasən, “Qalatasaray” rəhbərliyi artıq Bernardo Silva ilə ilkin əlaqə qurub və futbolçunun bu keçidə münasibəti də aydınlaşıb.
“Sabah” qəzetinin yazdığına görə, Bernardo Silva sarı-qırmızılılarla ilk təmasdan sonra “Qalatasaray”a keçməyə müsbət yanaşır. “Qalatasaray” isə Çempionlar Liqası üçün iddialı heyət qurmaq məqsədilə bu transferi reallaşdırmaqda qərarlıdır.
© Copyright 2026, All Rights Reserved