Sanedən sonra kompas İtaliyanı göstərir
Leroy Sane ilə razılığa gələn “Qalatasaray” növbəti ulduz futbolçunun keçidi üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi həm Türkiyə millisində, həm də “İnter” klubunda çıxış edən yarımmüdafiəçi Hakan Çalhanoğlunu heyətinə qatmaq niyyətindədir.
“Sarı-qırmızılılar” bu transfer üçün İtaliya klubuna 30 milyon avroluq təklif irəli sürüb.
Qeyd: Hakan özü də "Qalatasaray" azarkeşidir və dəfələrlə bu klubda oynamaq istədiyini dilə gətirib.
© Copyright 2026, All Rights Reserved