Sanenin maaşı açıqlandı - Ən bahalılar sırasında
Alman ulduz futbolçu Leroy Sane "Bayern Münhen" klubundan ayrılaraq karyerasını Türkiyənin nəhəng klublarından biri olan "Qalatasaray"da davam etdirəcək.
90plus.az xəbər verir ki, sarı-qırmızılı klub transferin detalları ilə bağlı rəsmi açıqlama yayıb.
"Qalatasaray"ın rəsmi məlumatına görə, Leroy Aziz Sané ilə 1 iyul 2025 tarixindən etibarən başlamaqla, 3 mövsümlük müqavilə imzalanıb. Bu transfer klubun yay transfer strategiyasında əsas addımlardan biri sayılır.
Rəsmi açıqlamada maliyyə təfərrüatlarına da yer verilib:
Hər mövsüm üçün 9.000.000 avro sabit maaş
Əlavə olaraq, hər mövsüm üçün 3.000.000 avro məbləğində sadiqlik bonusu
Bu şərtlərlə Sane Super Liqa tarixinin ən yüksək gəlirli futbolçularından biri olacaq.
Futbolçunun imza mərasimində "Qalatasaray" klubunun prezidenti Dursun Özbek və Sportif AŞ İdarə Heyəti sədr müavini Abdullah Kavukcu iştirak ediblər.
Leroy Sane 2024/2025 mövsümündə "Bayern Münhen" forması ilə 45 oyunda meydana çıxıb, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved