"Barselona" uddu, "Trabzonspor"lu gənc gözyaşı tökdü!
UEFA Gənclər Liqasının (U-19) həlledici final qarşılaşmasında Türkiyə təmsilçisi "Trabzonspor" İspaniyanın "Barselona" kollektivinə böyükhesabla uduzub.
90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən oyun "Barselona" gənclırinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
0-4 geridə ikən Türkiyə təmsilçisindən təsəlli qolunun müəllifi olan Bican Tibukoğlunun göz yaşları sel oldu…
Tribunalarda “Bican, Türkiyə səninlə fəxr edir” şüarları səsləndi…
Bu nəticə ilə "Trabzonspor" UEFA Gənclər Liqasını ikinci sırada başa vurdu. "Barselona" isə bu turnirdə tarixində üçüncü dəfə çempionluq sevincini yaşadı - rekord sayda!
Aşağıdakı fotoda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan 18 yaşlı İbrahim Diarranı görürsünüz:
© Copyright 2026, All Rights Reserved