Türkiyə klubu baş məşqçisi ilə yolları ayırdı
Trendyol Super Liqadan aşağı düşən “Bodrum FK”də baş məşqçi Xose Moraysla müqaviləyə xitam verilib.
90plus.az xəbər verir ki, liqanın son turunda “Beşiktaş”a 4 qolla məğlub olan Egey komandasında Morays matçdan sonra keçirilən mətbuat konfransında komandadan ayrıldığını açıqlayıb.
Morays gələcək mövsüm üçün komandanın uğurlarını arzulayarkən, bir jurnalistin “Bodrumspor”dan ayrılırsınızmı?” sualına belə cavab verib:
“Bu suala ‘Bəli’ deyə bilərəm. Qalmaq mümkün deyil. Çünki gələcək mövsüm mübarizə aparacağı liqa mənim yaxşı tanıdığım liqa deyil. Ona görə də əlimdən gəldiyi qədər kömək edə bilməyəcəyimi düşünürəm. Bu mənada həmin liqanı daha yaxşı tanıyan biri kömək edə bilər. Təbii ki, Türkiyədə qalmaq istərdim, amma daha yaxşı bildiyim bir Super Liqa olsaydı, o zaman Türkiyədə qalmağı düşünərdim.”
59 yaşlı portuqaliyalı baş məşqçi fevral ayında “Yaşıl-Ağ” komandaya rəhbərlik etməyə başlayıb və mövsüm sonuna qədər müqaviləsi var idi.
Xose Morays “Bodrum FK”nin başında 15 liqa oyununda iştirak edib. Egey komandası bu qarşılaşmalarda 5 qələbə, 6 heç-heçə və 4 məğlubiyyət əldə edib.
© Copyright 2026, All Rights Reserved