La Liqa klubu Çakırı izləyir
Türkiyə millisinin və "Trabzonspor"un qapıçısı Uğurcan Çakırın karyerasını İspaniyada davam etdirmək şansı var.
90plus.az xəbər verir ki, 28 yaşlı qolkiperlə La Liqa təmsilçisi "Malyorka" maraqlanır.
Hazırda İspaniya çempionatında 7-ci yerdə qərarlaşan klub "Trabzonspor"a Uğurcan üçün 6 milyon avro təklif edib. Təcrübəli qapıçının Türkiyə klubu ilə müqaviləsi 2027-ci ilin iyunun 30-na qədər qüvvədədir.
Qeyd: Uğurcan Çakır 2014-cü ildən etibarən "Trabzonspor"un əsas qapıçısıdır.
Mənbə: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved