Türkiyə millisi baş məşqçi ilə müqavilənin "ömrünü uzatdı"
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsini uzadıb.
90plus.az xəbər verir ki, bu münasibətlə bu gün italiyalı mütəxəssisin iştirakı ilə imza mərasimi keçirilib.
51 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə bağlanıb.
Xatırlatma: Vinçentso Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisini çalışdırırdı. Onun əvvəlki müqaviləsi 1 il sonra başa çatmalı idi.
© Copyright 2026, All Rights Reserved