Türkiyə nəhəngi məşqçisini istefaya göndərdi
"Trabzonspor" klubunda Şenol Güneş dövrü başa çatdı.
90plus.az xəbər verir ki, son dövrlərdə alınan uğursuz nəticələr, xüsusilə evdə "Hatayspor"a 2-1 məğlubiyyət bu qərarın qəbul edilməsinə səbəb oldu.
Klub rəhbərliyi təcrübəli mütəxəssisə əvvəlcə icraçı direktor, sonra isə futbol direktoru vəzifələrini təklif etdi. Ancaq Güneş bu təklifləri qəbul etmədi və bu gün keçirilən məşqdə iştirak etmədi.
"Trabzonspor"un rəsmi açıqlamasında Şenol Güneş ilə yolların ayrıldığı və yeni baş məşqçi axtarışlarına dərhal başlanıldığı bildirildi. Güneşin beşinci dövrü 188 gün davam etdi və bu müddətdə komanda 26 oyunda 10 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət yaşadı.
Hazırda, "Trabzonspor"un yeni baş məşqçi vəzifəsi üçün Fatih Tekke və "Eyüpspor"un baş məşqçisi Arda Turanın adları ön plandadır.
© Copyright 2026, All Rights Reserved