“Türkiyədə ən yaxşı komanda çempion olmur”
Joze Maurinyo (Fənərbağça) Türkiyə Super Liqası haqda maraqlı fikir söyləyib.
90plus.az xəbər verir ki, o, jurnalistin: "Ölkə çempionatında qalib gəlmək, yoxsa Çempionlar Liqasını qazanmaq?" sualına bu cür cavab verib:
Joze Mourinyo: "Ölkə çempionatında qalib olmaq. Çünki bu, Çempionlar Liqası kimi kritik bir məqamdan asılı deyil, normal şəraitdə ən yaxşı komanda ölkə çempionatını qazanır. Ancaq Türkiyədə belə deyil".
Qeyd: Maurinyonun "Fənərbağça"sı hazırda turnir cədvəlində "Qalatasaray"dan sonra 2-ci yerdədir, 6 xallıq fərqlə. "Qalatasaray -Fənərbağça" qarşılaşması fevralın 24-ü saat 21:00-da başlayacaq.
📰: SporX
© Copyright 2026, All Rights Reserved