Türkiyədə VAR hakimi işindən oldu
Türkiyə Superliqasının 23-cü turunda keçirilən “Qalatasaray” – “Adana Demirspor” qarşılaşmasının VAR hakimi Yakob Sundberq bundan sonra çempionatda oyunlara təyinat almayacaq.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib. Xəbər “Qafqazinfo”nun “Sabah” nəşrinə istinadən yayılıb.
TFF Danimarka hakiminə daha etibar göstərməyəcəklərini açıqlayıb.
Xatırlatma: “Adana Dəmirspor” oyunun ilk hissəsində meydanı tərk edib. Bu qərar, meydan sahiblərinin xeyrinə təyin olunan penaltiyə etiraz olaraq verilib.
© Copyright 2026, All Rights Reserved