"Təzminat terminatoru" Mourinyo qovulsa da, maaşını alacaq
Joze Mourinyo başqa komanda ilə müqavilə bağlasa belə, "Fənərbağça" portuqaliyalının maaşını müqavilə müddəti başa çatana qədər ödəyəcək.
90plus.az xəbər verir ki, Mourinyo və komandasının illik xərci təxminən 15 milyon avroya başa gəlir.
Sözügedən bənd rəhbərliyin əl-qolunu bağlayıb.
"Təzminat terminatoru" adlandırılan Mourinyo elə bir müqavilə imzaladı ki, sarı-göylər"in əl-qolunu bağladı.
Portuqaliyalı çalışdırıcı "Fənərbağça" ilə 2 illik müqavilə imzalayıb. Bu 2 ilin 1 ili keçdi. "Fənərbağça" Mourinyonu qovsa, o və komandası üçün təxminən 15 milyon avro təzminat ödəməlidir. Mourinyo yeni komanda ilə müqavilə imzalasa belə, müqavilə qüvvədə qalacaq. Yəni portuqaliyalı çalışdırıcı həm yeni komandasından, həm də “Fənərbağça”dan qazanmağa davam edəcək. Mourinyonu təzminat ödəmədən yola salmağın yeganə yolu; özünün istefası və getməsidir.
İndi Səudiyyə Ərəbistanından təkliflərin olduğu iddiaları var. "Fənərbağça" rəhbərliyi isə bunun reallaşması üçün dua edir.
📰: Hürriyet
© Copyright 2026, All Rights Reserved