UEFA-dan "əsgər salamı"na cüzi cəza - Türklər hiddətləndi!
UEFA Avropa Liqasındakı "Beşiktaş" - "Makkabi Tel Əviv" matçında vurduğu qoldan sonra əsgər salamı verən Qavriel Kaniçovskiyə verilən cəza açıqlanıb.
90plus.az xəbər verir ki, UEFA Kaniçovskiyə yalnız qınama cəzası verdiyini açıqlayıb.
"Beşiktaş" - "Makkabi Tel Əviv" UEFA Avropa Liqası matçı Macarıstanda azarkeşsiz stadionda oynanmış və "Makkabi Tel Əviv" 3-1-lik hesabla qələbə qazanmışdı.
Halbuki Merih Demiral Avro - 2024-ün final mərhələsində Türkiyənin Avstriyayı 2-1 məğlub etdiyi matçda iki qol vurmuşdu. İkinci qoldan sonra tutduğu "Bozqurd" işarəsi müzakirələrə səbəb olmuşdu.
UEFA tərəfindən bu hərəkət "siyasi" olaraq qiymətləndirilmiş və Merih Demirala iki oyunluq cəza verilmişdi.
© Copyright 2026, All Rights Reserved