Uğurcan Çakır Fransaya transfer oluna bilər
"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını Fransada davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Monako" təcrübəli qolkiperin transferində maraqlıdır.
Fransa təmsilçisi Uğurcan üçün "Trabzonspor"a 10 milyon avro dəyərində rəsmi təklif təqdim edib. Qaradəniz klubu isə hələlik bu təklifə münasibət bildirməyib.
Qeyd: Uğurcan Çakır "Trabzonspor"un öz yetirməsidir. Türkiyə millisinin 29 yaşlı qapıçısı geridə qalan mövsümdə klubun heyətində 43 rəsmi oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved