Yollar Hakanı “Cim Bom”a gətirir
"İnter”in mərkəz yarımmüdafiəçisi Hakan Çalhanoğlunun klubdan ayrılmaq ehtimalı var və ona “Qalatasaray” maraq göstərir.
90plus.az xəbər verir ki, 31 yaşlı türkiyəli futbolçu yaxınlarda verdiyi bir müsahibədə vətənə qayıtmaq ehtimalından danışmışdı. İndi isə İstanbul təmsilçisi onu heyətinə qatmaq istəyir. Çalhanoğlunun uzunmüddətli agenti Qoran Stipiçin yaxın vaxtlarda İstanbula gələrək “Qalatasaray”la danışıqlara başlayacağı gözlənilir.
📰: Calciomercato
“İnter” oyunçunu satmağa açıqdır və onun transfer qiymətini 35-40 milyon avro arasında müəyyən edib.
Çalhanoğlunun atası Hüseyn Çalhanoğludan diqqətçəkən paylaşım gəlib.
O, “İnşallah bir gün Qalatasarayımıza gəlirsən” qeydi ilə paylaşım edib. Bu mesaj “Qalatasaray” azarkeşlərini həyəcanlandırıb və Çalhanoğlu ailəsinin sarı-qırmızılı kluba olan sevgisini bir daha göstərib.
Qeyd: 30 yaşlı futbolçunun “İnter”lə 2027-ci ilə qədər müqaviləsi var.
Xatırlatma: Hakan Çalhanoğlu 2021-ci ilin yayında “Milan”dan ayrıldıqdan sonra “İnter”ə azad agent kimi qoşulmuşdu.
© Copyright 2026, All Rights Reserved