“Yuve” Kenan Yıldızla uzunmüddətli müqaviləyə niyyət edib
"Yuventus" 20 yaşlı Kenan Yıldıza 2030-cu ilə qədər yeni müqavilə təklif edəcək.
90plus.az xəbər verir ki, onun maaşını 1,5 milyon avrodan 4 milyon avroya qaldıracaqlar.
Yıldız özü isə "Yuventus"un inkişafını davam etdirmək üçün ideal klub olduğuna inanır.
📰: La Gazzetta dello Sport
Amma bir çox mənbələr “Yuventus”un perspektivli yarımmüdafiəçisi Kenan Yıldızın hazırda klubla yeni müqavilə imzalamağı düşünmədiyini bildirib. 2030-cu ilə qədər uzadılması gözlənilən yeni anlaşma gündəmdə olsa da, türkiyəli futbolçu diqqətini yalnız komandanın hazırkı hədəflərinə yönəltdiyini vurğulayıb.
“Hazırda bu barədə düşünmürəm”, – deyə Yıldız bildirib. – “Mövcud vəziyyətdən məmnunam və yalnız komandanın xeyrinə çalışmağı düşünürəm. Pul barədə danışmıram; meydanda əlimdən gələni etmək istəyirəm.”
O, həmçinin klubun əsas səhmdarı Con Elkanla münasibətinə də toxunub:
“Con Elkanın mənə xüsusi simpatiyası varmı? Bəzi söhbətlərimiz olub, oyunumun ona xoş gəldiyini bilirəm. Çox gözəl insandır. Hətta son günlərdə mənə çox gözəl bir mesaj yazdı, bu, mənim üçün çox xoş idi.”
Klublararası Dünya Çempionatı və gələcəyin ulduzları
Gənc yarımmüdafiəçi Klublararası Dünya Çempionatında iştirakın onun üçün necə xüsusi hisslər yaratdığını da qeyd edib:
“Bu, qeyri-adi bir hissdir. Belə emosiyaları yaşamaq insana özünü vacib hiss etdirir. Amma mən yalnız hədəflərə fokuslanıram. Qalan hər şey özü gələcək.”
Yıldız gələcəkdə izlədiyi və bəyəndiyi oyunçular haqqında da danışıb:
“Məsələn, “Real Madrid”də bir çox maraqlı futbolçu var. Arda Güler çox güclüdür və onu parlaq gələcək gözləyir. Onunla müqayisə olunmaq çox xoşdur. Amma məndən ‘ən güclü kimdir’ deyə soruşmayın – heç vaxt demərəm.”
Sonda Yıldız üzləşdiyi ən çətin müdafiəçini də açıqlayıb:
“Çox yaxşı müdafiəçilər var, ilk növbədə “Yuventus”dakıları qeyd edə bilərəm. Amma bir ad çəkməli olsam, Vircil van Deyk deyərdim – o, həqiqətən çox güclüdür.”