"Qoca sinyora" türk ulduzuna fantastik qiymət qoydu
İtaliyanın "Yuventus" klubu futbolçusu Kenan Yıldızın sərbəstqalma məbləğini açıqlayıb.
90plus.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli hücumçu üçün 100 milyon avro qiymət təyin edib.
19 yaşlı futbolçu bir sıra tanınmış klubların maraq dairəsindədir.
Yıldız "Yuventus"a 2022-ci ilin yayında Almaniyanın "Bavariya" klubundan azad agent statusu ilə transfer olunub.
Qeyd: Kenan Yıldız cari mövsümdə çıxış etdiyi 33 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved