19 yaşlı Akçiçeyin inanılmaz statistikası
"Fənərbağça"nın 19 yaşlı müdafiəçisi Yusuf Akçiçek "Anderlext"lə 2-2 bitən Avroliqanın cavab pley-off matçında möhtəşəm statistikaya nail olub.
90plus.az xəbər verir ki, müdafiəçi Yusuf 1 qola da imza atıb.
Oyundakı statistikası:
🔸 Qol: 1
🔸 İkili mübarizə: 6/6
🔸 Pas: 28/34
🔸 Pas faizi: 82%
🔸 Rəqib topa müdaxilə: 3
🔸 Topu təhlükəli zonadan uzaqlaşdırma: 9
Tarixə səyahət: 2007/08 - 2024/25 Anderlext - Fənərbağça
Milan Skriniar və Yusuf Akçiçeyin qol sevinci azarkeşlərə Kezman və Alex de Souzanı xatırladıb.
Qeyd: "Qalatasaray"ın aşağı yaş qrupunda futbola başlayan Akçiçek 2023-cü ildə "Fənərbağça" ilə ilk peşəkar müqaviləsinə imza atıb.
© Copyright 2026, All Rights Reserved