Antalyada "Fənər"lini başqa "Fənər"li əvəz etdi
Türkiyənin "Antalyaspor" komandasının yeni baş məşqçisi bəlli olub.
90plus.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, bölgə təmsilçisi Emre Belözoğlu ilə anlaşıb. Tərəflər 1.5 illik müqavilə imzalayacaqlar.
44 yaşlı mütəxəssis bu postda Aleks de Souzanı əvəzləyəcək.
Qeyd: Emre Belözoğlu daha əvvəl "Başakşehir" və "Ankaragücü" klublarının baş məşqçisi olub.
© Copyright 2026, All Rights Reserved